Ukrayna müharibəsində atəşkəslə bağlı tarix açıqlanıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Blomberq” mənbələrə istinadən məlumat yayıb.
“ABŞ aprelin 20-dək Ukraynada atəşkəs razılaşmasına nail olmaq niyyətindədir. Bununla belə, ABŞ Prezidenti Donald Trampın komandası vaxtın dəyişə biləcəyini deyir”, – deyə agentlik bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilən görüş zamanı Ukrayna ABŞ-ın 30 günlük atəşkəs haqqında təklifini qəbul etməyə və davamlı sülhün bərpası istiqamətində addımlar atmağa razılaşıb. /globalinfo.az/