Ukraynaya hansı ölkələr qoşun göndərəcək? - SİYAHI


Qərb Ukrayna sərhədlərinə iki sülhməramlı kontingent göndərməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri yazıb.

İlk kontingentin Hindistan, İndoneziya, Braziliya və Səudiyyə Ərəbistanından olan hərbçilərdən ibarət olacağı və Rusiya ilə Ukrayna sərhədində yerləşdirilməsi planlaşdırılır.

İtalyan nəşri yazır ki, ikinci kontingentə “istəkli dövlətlər koalisiyasının” hərbçiləri daxil olacaq və bu planlara uyğun olaraq Ukraynanın Polşa, Bolqarıstan, Slovakiya və ola bilsin ki, Macarıstanla qərb sərhədi boyunca yerləşdiriləcək.

Qəzet yazır ki, Böyük Britaniya, Fransa, Almaniya, Kanada və İtaliya Ukraynanın qərb sərhədlərinə nəzarət etməyi planlaşdırır. Nəşrin məlumatına görə, ABŞ sülhməramlıların göndəriləcəyi təqdirdə dəstək və maddi-texniki təmin etməyə hazır olacaq. “La Repubblica” yazır ki, Moskva ilə Kiyev arasında atəşkəs əldə olunarsa, “zəmanət planı” həyata keçiriləcək.

Almaniyanın "Welt" nəşri isə diplomatik mənbələrə istinadən yazır ki, Pekindən olan diplomatlar Ukraynada sülhməramlı missiyada mümkün iştirak xahişi ilə Aİ-yə müraciət ediblər.

Qeyd olunur, Rusiya və Ukrayna sərhədinə Asiya və Cənubi Amerikadan sülhməramlılar göndərmək niyyəti Rusiyanın NATO qoşunlarının Ukraynada olmasını qəbul etməyəcəyinə əsaslanır. Bunu martın 12-də xarici işlər naziri Sergey Lavrov deyib və Şimali Atlantika Alyansı nümayəndələrinin iştirakını Rusiya üçün təhlükə adlandırıb. Lakin sonradan Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, üçüncü ölkələrin silahlı qüvvələrinin Ukraynada istənilən bayraq altında yerləşdirilməsi bu ölkələrin Rusiya ilə münaqişədə birbaşa iştirakı kimi qiymətləndiriləcək. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ