Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Belqorod vilayətinin Qlotovo kəndindəki Rusiya sərhəd zastavasının komanda məntəqəsinə zərbələr endirib.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunur ki, rus bölmələri gücləndirilmiş kamuflyaj tədbirlərindən istifadə etməsinə baxmayaraq, ukraynalı pilotlar Rusiya hədəfini məhv ediblər.
Zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələri rabitə vasitələri və digər texniki vasitələri məhv edilib.
"Bu komanda məntəqəsinin məhv edilməsi düşmənin Sumı və Xarkov vilayətlərində Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinə qarşı döyüş əməliyyatları aparmaq imkanlarını xeyli zəiflədir", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib. /Musavat.com/