“Putin yaralı Tramp üçün kilsədə dua edib”


ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin Donald Tramp üçün dua edib.

Turkustan.az xəbər verir ki, Uitkoff bunun ötən ilin yayında, seçkiqabağı mitinqində Trampa qarşı sui-qəsd cəhdindən sonra baş verdiyini deyib.

"Prezidentə güllə atılan zaman Putin kilsəyə gedib, keşişlə görüşüb və Tramp üçün dua edib", - deyən Uitkoff əlavə edib ki, o, sentimental hekayəni "açıq şəkildə eşitdiyindən mütəssir olan" DonaldTrampa danışıb.

Xatırladaq ki, ötən ilin iyulunda seçkiqabağı mitinq zamanı Donald Trampa sui-qəsd olub. Ona 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ