Özəl küçələrə çağırdı: Ərdoğan həbs olunanda nə etmişdi? - Video


Bildiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya və terrorla bağlı araşdırmalardan sonra bələdiyyə sədri Əkrəm İmamoğlu saxlanılıb. Bundan sonra CHP sədri Özgür Özəl bu həbsə etiraz olaraq xalqı küçələrə çıxmağa çağırdı. Bəs hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 1999-cu ildə bələdiyyə sədri işlədiyi dövrdə haqsız yerə həbs olunanda nə etmişdi?

Turkustan.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin yazarı Əhməd Hakan yazıb.

O xatırladıb ki, Ərdoğan 26 mart 1999-cu ildə saxlanılaraq 4 ay 10 gün həbsxanada qaldı:

“Ərdoğan bələdiyyə sədri vəzifəsində çalışırdı. Birdən-birə onu vəzifəsindən uzaqlaşdırdılar. O, nə korrupsiyada, nə də terrorçularla əməkdaşlıqda ittiham olunurdu. Bəs günahı nə idi? Şeir oxumuşdu. Sonra Ərdoğana “siyasi qadağa” qoydular. Bitmədi. Sonra onu həbsxanaya saldılar. O zaman əhalinin geniş bir hissəsi arasında böyük qəzəb var idi. Reaksiya böyük idi. Amma Ərdoğan heç vaxt xalqı küçələrə çağırmadı. O, nə ədliyyə işçilərini hədələdi, nə də vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmaya səbəb olacaq hər hansı bir hərəkət etdi. Bəs Ərdoğan nə etdi? O, məhkəmənin qərarına sakit və səbirlə hörmət etdi. Qərarın ədalətsiz olduğunu bilsə də. Həmin ilin 24 iyul tarixində isə azadlığa çıxdı.

Hazırda İmamoğlu həbsdədir. Yəni heç bir etiraz olmayacaq? Təbii ki, göstəriləcək. CHP kimi bir partiya etiraz etmək üçün qanuni yollar tapmalıdır. CHP kimi bir partiya “Qanunsuz təşkilat” kimi reaksiyasını göstərməməlidir, öz üzvlərini təhlükə altında qoymamalıdır, tərəfdarlarının polislə toqquşmasına səbəb yaratmamalıdır, təxribat üçün açıq çağırışlar etməməlidir”.

/axar.az


MANŞET XƏBƏRLƏRİ