Siqaret dumanı panika yaratdı, Özəl müdaxilə etdi – VİDEO


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanmasına etiraz etmək üçün Saraçhanedə toplaşan izdiham siqaret tüstüsünü gözyaşardıcı qazla səhv saldıqdan sonra panikaya düşüb.

Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, CHP sədri Özgür Özəl səhnədə çıxış edərkən vəziyyəti görüb və “Gözyaşardıcı qaz yoxdur, siqaret çəkirlər” deyərək camaatı sakitləşdirib.

Özəlin müdaxiləsi gərginliyi azaldıb və hadisə sosial mediada geniş əks-səda doğurub.


MANŞET XƏBƏRLƏRİ