Əkrəm İmamoğlunu dəstəkləyən 343 nəfər tutulub


İstanbul Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsi üzrı apardığı istintaqla bağlı dünən gecə saatlarında İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə keçirilən etiraz aksiyalarında 343 şübhəli tutulub.

Turkustan.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı dünən gecə keçirilən icazəsiz nümayişlərdə 343 şübhəlinin saxlanıldığını açıqlayıb.

Yerlikaya sosial media hesabından verdiyi açıqlamada təhlükəsizlik qüvvələrinin gecə-gündüz növbətçi olduğunu vurğulayaraq, bu ifadələrə yer verib:

“İctimai asayişi pozmağa çalışan, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edən, xaos və təxribat axtaranlara heç vaxt imkan verilməyəcək və bu, qətiyyən dözülməz.

Asayişimizin, təhlükəsizliyimizin təminatçısı olan polis əməkdaşlarımız gecə-gündüz növbətçiliyindədir”./modern.az


MANŞET XƏBƏRLƏRİ