Suriya prezidenti Putindən Bəşər Əsədlə bağlı görün nə tələb edib


Suriya lideri Əhməd əl-Şara Rusiya prezidenti Vladimir Putindən Suriyanın keçmiş lideri Bəşər Əsədin ekstradisiyasını tələb edib.

Turkustan.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyə" məlumat yayıb.

Qeyd olunur ki, Dəməşq ölkənin keçmiş prezidentini vətəninə qayıdandan sonra mühakimə etmək niyyətindədir.

Əlavə məlumat verilmir. Kremlin Suriyanın yeni hakimiyyət orqanlarına nə cavab verdiyi də məlum deyil.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin Əhməd əl-Şaraya mesaj göndərib. Onun sözlərinə görə, dövlət başçısı ölkədə vəziyyəti tez bir zamanda sabitləşdirmək səylərini dəstəkləyib və Moskvanın Dəməşqlə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, martın əvvəlində Suriya Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül-Qani bildirib ki, hökumət qüvvələri ölkənin qərbində hücumlar təşkil edən keçmiş prezidentin silahlı tərəfdarlarını zərərsizləşdirib. "Ələvilərlə toqquşmaların baş verdiyi ölkənin sahilyanı əyalətlərində vəziyyət sabitdir", - deyə o əlavə edib./publika.az


MANŞET XƏBƏRLƏRİ