Canlı yayımda Zelenskiyə sürpriz telefon zəngi: Mən sizə sonra zəng edəcəm - VİDEO


Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı mətbuat konfransı keçirib.

Turkustan.az xəbər verir ki, görüş zamanı Zelenskiyə gözlənilməz telefon zəngi gəlib. Fransa prezidenti Emmanuel Makrondan zəng alan Zelenski ondan mətbuat konfransını bitirmək üçün vaxt verməsini istəyib.

Ukrayna lideri jurnalistlərdən müsahibə alarkən ona zəng edən Fransa prezidenti Makrona deyib: "Bağışlayın Emmanuel. Jurnalistlərlə görüşüm var. 15-20 dəqiqədən sonra sizə zəng edə bilərəm?" - deyib və telefonu söndürüb. Zelenskinin həmin anları sosial mediada trend mövzusuna çevrilib və dəfələrlə paylaşılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ