Tramp F-35-lərin Türkiyəyə yenidən satılmasına müsbət baxır


ABŞ mediası prezident Donald Trampın prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra yenidən Türkiyəyə F-35 satmağa açıq olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı məlumatı olan iki mənbəyə əsaslanaraq Amerikanın Fox News kanalında yayımlanan xəbərdə Trampın Ankaraya F-35 satma məsələsini dəyərləndirdiyi bildirilib.

Xəbərə görə, Tramp prezident Ərdoğanla görüşündən sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və F-35 qırıcılarının satışına yenidən başlamağı düşünür.

"Tramp, tərəflər Türkiyənin S-400-lərini işlək vəziyyətə salacaq razılığa gələrsə, Türkiyəyə F-35 təyyarələri satmaq fikrinə açıq olduğunu bildirib "-deyə, bildirib.

Xəbərə görə, sözügedən təyyarənin Türkiyəyə satılması üçün ABŞ-ın Sanksiyalar Yoluyla Düşmənlərə Qarşı Mübarizə Aktı (CAATSA) çərçivəsində sanksiyaları ləğv etməsi lazım olacaq və Tramp komandasından “Türkiyənin CAATSA sanksiyalarından necə qaça biləcəyi” mövzusunda araşdırma aparmasını istəyib.

Prezident Ərdoğan ilə ABŞ prezidenti Tramp arasında martın 16-da baş tutan telefon danışığında bir çox ikitərəfli və regional mövzular hərtərəfli müzakirə edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ