ABŞ prezidenti Donald Tramp növbəti dəfə Kanadanın ilhaq edilərək ABŞ ştatına çevrilməsinə çağırıb.
Turkustan.az xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib .
Dövlət başçısı həmçinin qeyd edib ki, Kanada ABŞ-a qoşularsa, Kanada sakinləri üçün vergilər demək olar ki, yarıya qədər azalacaq.
Daha əvvəl bildirilib ki, Kanada hakimiyyəti Avropa İttifaqı (Aİ) ilə müdafiə sektorunda ABŞ-dan asılılığın azaldılması məsələsini müzakirə edir. Xüsusilə, Ottava Aİ-yə üzv ölkələrdən “daha çox müdafiə avadanlığı”, o cümlədən döyüş təyyarələri almaq istəyirdi.
Aytən Yaşar/ Turkustan.az