İsrail Qəzzanı ilhaq etməklə hədələdi


İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, HƏMAS razılaşmanı rədd etməyə davam etdikcə, "İsrail Qəzzada daha çox Fələstin torpaqlarını ilhaq edəcək".

Turkustan.az xəbər verir ki, Katz verdiyi açıqlamada, İsrail ordusuna "Qəzzada yeni əraziləri ələ keçirmək, fələstinliləri zorla köçürmək və Qəzza zolağı ətrafındakı bufer zonaları genişləndirmək" əmrini verdiyini bildirib.

HƏMAS-ın israilli məhbusları azad etməkdən imtina etdiyini iddia edən Katz, HƏMAS bu mövqeyini davam etdirdikcə “daha ​​çox ərazi itirəcək və İsrail bu ərazini ilhaq edəcək” deyib.

Katz bildirib ki, "İsrail ordusu fələstinliləri qovaraq, torpaq işğalı yolu ilə ələ keçirdiyi ərazilərə daimi nəzarət yaradacaq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ