Etiraz aksiyaları Türkiyəni bürüdü – CHP elan etdi


Türkiyədə İstanbulun Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun saxlanılmasına etirazlar davam edir.

Turkustan.az xəbər verir ki, Çanaqqala Bələdiyyə başçısı Məhərrəm Erkek də xalqı Çanaqqalada İskələ meydanına etiraza səsləyib.

Bildirilib ki, etiraz aksiyası bu gün Bakı saatı ilə 21:30-da kecilirləcək.

Qeyd edək ki, eyni saatda Boluda meydanda da etiraz aksiyası keçiriləcək.

Xatırladaq ki, martın 19-da İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə aparılan əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu saxlanılıb. Bunun ardınca İstanbul, Ankara, İzmir və digər şəhərlərdə etiraz aksiyası keçirilib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ