İsrail Rəfahda qurudan hücuma başladı


İsrail ordusu Qəzzanın cənubundakı Rəfah bölgəsinə qurudan hücuma keçdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, hücumun diqqət mərkəzində qaçqın düşərgəsinin yerləşdiyi Şaburadır.

İsrail ordusunun X hesabından verilən açıqlamaya görə, İsrail qüvvələri Qəzzanın cənubunda fəaliyyətlərini artırarkən, mərkəz və şimalda hücumlar davam edir.

İsrail ordusu hücumlarda infrastrukturun da hədəf alındığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ