Hakan Fidan: Rusiya-Ukrayna arasında atəşkəs danışıqlarını dəstəkləyirik


Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı, "Türkiyə olaraq həm atəşkəs, həm də hərtərəfli sülh danışıqlarını dəstəkləyəcəyik" -deyə, bildirib.

Turkustan.az xəbər verir ki, Fidan Xarici İşlər Nazirliyində Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijarto ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.

Fidan Türkiyənin ilk gündən sülh düşərgəsində olduğunu xatırladıb.

O, Rusiya-Ukrayna müharibəsində çoxlu ölüm və dağıntı olduğunu və bunun qarşısını almaq üçün Macarıstanla birlikdə başda NATO olmaqla, beynəlxalq platformalarda tutduqları mövqe olduğunu bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ