Rusiya prezidenti Vladimir Putin Rusiyadakı qeyri-qanuni ukraynalı mühacirlərlə bağlı yeni fərman imzalayıb.
Turkustan.az xəbər verir ki, qeyri-qanuni ukraynalı mühacirlərə payıza qədər vaxt verən Vladimir Putin onların vəziyyətlərini qanuniləşdirməsini və ya ölkəni tərk etmələrini gözləyir.
Vəziyyətini qanuniləşdirməyən miqrantların sentyabrın 10-dan sonra deportasiya olunacağı bildirilib.
Müvafiq müddət ərzində Rusiya Səhiyyə Nazirliyinin ukraynalı mühacirlərin sağlamlıqlarını yoxlaması nəzərdə tutulur.
Digər tərəfdən Putinin dərc etdiyi başqa bir fərmanla Ukraynadan ələ keçirilən Donbasdakı əcnəbilərin müəyyən sağlamlıq yoxlamalarından keçmələri tələb olundu.
Aytən Yaşar/ Turkustan.az