Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə AK Partiya Türk Dövlətləri ilə Əlaqələr İdarəsi tərəfindən Haliç Konqres Mərkəzində Novruz proqramı təşkil edilib.
Turkustan.az xəbər verir ki, proqram çərçivəsində Prezident Ərdoğan Novruz tonqalını alovlandırıb. Ərdoğanın Haliç Konqres Mərkəzində çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyənin Diyarbakır vilayətində də Novruz tədbirləri təşkil edilib.
/Globalinfo.az
xxx
Türkiyədə Haliç Konqres Mərkəzində bu gün Novruz bayramı ilə əlaqədar tədbir keçiriləcək.
Turkustan.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının başqan köməkçisi Kürşad Zorlu bildirib.
Kürşad Zorlu Novruzun, yəni "yeni günün", sadəcə Türkiyənin deyil, eləcə də Türk dünyasının ortaq bayramı olduğunu vurğulayıb:
"Novruzun daşıdığı bu məna və əhəmiyyəti nəzərə alaraq bu gün saat 15:00-da prezidentimizin himayəsində ilk bayram tədbirini keçirəcəyik. Həyətdə ənənəvi çadırlarımızın olduğu yerdə tonqal qalanacaq və ilk tonqalı prezidentimiz yandıracaq".