Atəşkəsdən sonra Ukraynaya qoşun göndərməyə hazırıq - Nauseda


Litva prezidenti Gitanas Nauseda bildirib ki, Baltikyanı ölkə Ukraynada atəşkəsdən sonra mümkün missiya çərçivəsində qoşun yeritməyə hazırdır.

Turkustan.az xəbər verir ki, bu barədə o, cümə günü “Bloomberg” agentliyinə müsahibəsində bildirib .

“Ölkəm lazımı dəstəyi verməyə hazırdır. Biz hərbi personalımızın çox konkret sayından danışırıq, lakin bu koalisiyaya daxil olan bütün ölkələrin bu dəstəyi təmin etmək öhdəliyi olmalıdır”-deyə, Nauseda bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ