Ukrayna bu raketlə Rusiya paytaxtını VURA BİLƏR - FOTO


Ukrayna Silahlı Qüvvələrinin (AFU) "Long Neptun" qanadlı raketi Moskvanı vura bilər.

Turkustan.az xəbər verir ki, bunu "19FortyFive" portalı öz məqaləsində etiraf edib.

Portal qeyd edir ki, “Long Neptun” kimi tanınan Ukrayna raket variantı 1000 kilometrə qədər artırılmış uçuş məsafəsinə malikdir, bu, ona düşmən ərazisinin dərinliklərində, məsələn, Moskvanın özündə olan hədəfləri vurmağa imkan verir.

Qeyd edilib ki, Long Neptun” əvvəlcə dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulmuş raket olub. Yerüstü hücum variantı yeni bələdçilik sistemi ilə təchiz edilib və ilk dəfə 2023-cü ildə istifadəyə verilib.

Martın 16-da “Hərbi Xəbərçi” Telegram kanalı yazıb ki, Ukrayna hərbçiləri Krasnodar diyarında yerləşən Tuapse Neft Emalı Zavoduna (OR) hücum etmək üçün Long Neptun” raketindən istifadə edə bilərdilər./publika.az


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Mart 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31