İmamoğlu ilə bağlı ŞOK HESABAT: Şirkəti 3 il ərzində... - DETALLAR ÜZƏ ÇIXDI


İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində dünən saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun ortağı olduğu şirkətlə bağlı detallara Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) hesabatında yer verilib.

Turkustan.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hesabatda qeyd olunur ki, "İmamoğlu İnşaat" şirkətinin 60%-lik payı Əkrəm İmamoğluna, 40%-i isə onun atası Həsən İmamoğluna məxsusdur. 8 dekabr 2020-ci il və 11 dekabr 2023-cü il tarixləri arasında şirkətin 19 dükan, 19 mənzil, 63 yaşayış evi, 8 ofis, 6 büro və 2 torpaq sahəsi olmaqla ümumilikdə 117 daşınmaz əmlak əldə etdiyi bildirilib.

Hesabatda son 3 il ərzində əldə edilən bu əmlakların və maliyyə artımlarının mənbəyinin qeyri-müəyyən olduğu qeyd olunub./Musavat.com


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Mart 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31