Zelenski: Rusiya Ukraynaya hava hücumlarını davam etdirir


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun gecə saatlarında ölkəsinə 200-ə yaxın PUA ilə hücum etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski X-də verdiyi açıqlamada bunu qeyd edib.

"Hər gün və hər gecə, davam edən raket hücumları ilə yanaşı, demək olar ki, yüz və ya daha çox PUA buraxılır. Hər buraxılışla ruslar dünyaya sülhə olan həqiqi münasibətini göstərirlər"-deyə, Zelenski bildirib.

Rusların bu gecə 200-ə yaxın PUA ilə hücumlar təşkil etdiyini qeyd edən Zelenski Kirovoqrad bölgəsində 4-ü uşaq olmaqla 10 nəfərin yaralandığını, kilsə və mülki infrastrukturun zədələndiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ