ABŞ-ın müdafiə naziri Pit Heqset prezident Donald Trampın transseksualların orduya qoşulmasının qarşısını alan sərəncamını müvəqqəti olaraq dayandıran məhkəmə qərarından şikayət edəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Heqseth sosial media platforması X hesabında məsələ ilə bağlı açıqlama verib.
Məhkəmənin etiraz qərarına qarşı Müdafiə Nazirliyi olaraq hərəkətə keçəcəklərini ifadə edən Heqset: "Bu qərara etiraz edirik və qalib gələcəyik"-deyib.
Bildirək ki, yanvarın 28-də Tramp keçmiş prezident Co Bayden administrasiyasının məsələ ilə bağlı siyasətini dəyişdirərək transseksualların orduya qoşulmasını qadağan edən sərəncam imzalayıb.
Belə ki, Tramp ABŞ hökumətinin rəsmi siyasətini “yalnız iki cins, kişi və qadın var” kimi yenidən nəzərdən keçirdikdən sonra orduda da oxşar addım atıb.
Aytən Yaşar/ Turkustan.az