ABŞ -da nəşr olunan “Axios”un məlumatına görə, Trampın Xamneyiyə yazdığı məktubla bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, Axios ilə danışan mənbələr məktubu “sərt” adlandırıb və Trampın İrana yeni nüvə razılaşmasına nail olmaq üçün iki ay vaxt verdiyini qeyd edib .
Mənbələr Trampın İranın razılaşma üçün danışıqlara razı olmadığı təqdirdə “nəticələri” barədə xəbərdarlıq etdiyini və Ağ Evin məktubun çatdırılmasından əvvəl İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələri məktubun məzmunu ilə bağlı məlumatlandırdığını bildirib.
Aytən Yaşar/ Turkustan.az