HƏMAS İsrailin Qəzzaya qarşı başlatdığı məhdud quru əməliyyatı ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, quru əməliyyatının atəşkəsin yeni və təhlükəli bir pozulması olduğunu bildirən Həmas, İsrailin müdafiə naziri Katzın qəzzalıları yerindən tərpətməklə hədələməsinin Benyamin Netanyahu hökumətinin yaşadığı böhranın dərinliyini göstərdiyini bildirib.
HƏMAS Fələstin xalqının öz torpaqlarını tərk etməyəcəyini və bu məsələdə aydın mövqe tutduqlarını bəyan edib: “Biz deyirik ki, Qüdsdən başqa yerə köç olmayacaq”.
Onlar həmçinin imzalanmış atəşkəsə sadiq olduqlarını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az