Tramp: Husilər tamamilə məhv ediləcək!


ABŞ prezidenti Donald Tramp İranı Yəməndəki husilərə dəstəyini “dərhal” dayandırmağa çağırıb.

Turkustan.az xəbər verir ki, Truth Social hesabından açıqlama verən Tramp husilərlə bağlı İranı növbəti dəfə tənqid edib.

İranın husilərə göndərdiyi hərbi texnikanın azaldığını qeyd edən Tramp, "Lakin İranın hələ də böyük miqdarda təchizat göndərdiyinə dair xəbərlər var. İran bu tədarükləri dərhal dayandırmalıdır"-deyə, bildirib.

Husilərin İranın dəstəyi olmadan təkbaşına döyüşməsi lazım olduğunu müdafiə edən Tramp, "Onlar hər halda müharibəni uduzacaqlar, lakin bu yolla daha tez itirəcəklər. Tamamilə məhv olacaqlar"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ