Mask: Pis insanlar məni öldürmək istəyir


Son həftələrdə federal bürokratiyanı azaltmaq səylərinə görə tənqid atəşinə tutulan İlon Mask Fox News-un aparıcısı Sean Hannity ilə danışıb.

Turkustan.az xəbər verir ki, Mask müsahibəsində bunları bildirib: "Bilirsiniz ki, insanlardan fırıldaq yolu ilə qazandıqları pulları götürəndə çox əsəbiləşirlər. Və onlar əsasən məni öldürmək istəyirlər, çünki mən onların fırıldaqlarını dayandırıram, onlar Teslaya da zərər vermək istəyirlər, çünki biz hökumətdəki dəhşətli israfı və korrupsiyanı dayandırırıq və düşünürəm ki, onlar pis insanlardır. Pis insanlar da pis işlər görür".

Şirkəti Tesla-nın sülhpərvər olduğunu iddia edən Mask, "Mən heç vaxt zərərli bir şey etməmişəm. Yalnız məhsuldar işlər görmüşəm. Düşünürəm ki, burada bir növ ruhi xəstəlik var"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ