Vitkoff: Atəşkəs danışıqları bazar günü davam edəcək


ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında 2,5 saatlıq telefon danışığından sonra "Fox News" telekanalına müsahibə verib.

Turkustan.az xəbər verir ki, Vitkoff Rusiya-Ukrayna müharibəsində atəşkəs danışıqlarının bazar günü, martın 23-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində davam etdiriləcəyini bildirib. O, ABŞ-ın milli təhlükəsizlik müşaviri Mike Waltz və ABŞ dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına gedəcəyini bildirsə də, heyətin kiminlə görüşəcəyi ilə bağlı ətraflı məlumat verməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ