İsrail Qəzzada məhdud quru əməliyyatı elan edib


İsrail Ordusu son atəşkəsin pozulmasından sonra Qəzzada məhdud quru əməliyyatına başladığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, əməliyyatla Qəzzanın şimalı ilə cənubu arasında təhlükəsizlik zonası və qismən bufer zonası yaradıldığı və Netzarim dəhlizində nəzarətin genişləndirildiyi açıqlanıb.

İsrail ordusu da Qolani briqadasının Qəzzanın cənubuna yerləşdirilməsinə qərar verildiyini bildirib.

İsrailin müdafiə naziri Yisrael Katz Qəzzadakı fələstinlilərin atəşkəsi pozaraq hücumlarına davam etməsindən sonra onları tamamilə məhv etməklə hədələyib.

Katz verdiyi açıqlamada, 19 Yanvar atəşkəsdən əvvəl olduğu kimi fələstinlilərin Qəzzadan çıxarılmasını davam etdirəcəklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ