Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünün Səudiyyə Ərəbistanında baş tutması ehtimalı istisna oluna bilməz, lakin təkbətək sammitin yeri ilə bağlı hələlik konkret məlumat yoxdur.
Turkustan.az xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bu variant istisna oluna bilməz. Amma hələlik bu məsələ ilə bağlı konkret məlumatlar yoxdur" deyən, Kremlin sözçüsü ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoffun açıqladığı kimi potensial sammitin keçiriləcəyi yer variantlarının müzakirə edilib-edilməməsi və Səudiyyə Ərəbistanının mümkün variant olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Bundan əvvəl Vitkoff Bloomberg- ə müsahibəsində ikitərəfli Rusiya-Amerika sammitinin Səudiyyə Ərəbistanında keçirilə biləcəyini təklif etmişdi.
Aytən Yaşar/ Turkustan.az