Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna üzrə Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası, "Silahlı qarşıdurmanın hər iki tərəfinin artıq özlərini müdafiə edə bilməyən yaralı əsgərləri öldürmək və ya yaralamaq üçün dronlardan istifadə etdiyini aşkar etdik. Bu, müharibə cinayətidir"-deyə, bildirib.
Turkustan.az xəbər verir ki, Komissiya BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyası kontekstində hesabat dərc edib.
Hesabatda Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevral ayından bəri davam edən müharibə kontekstində rus əsgərlərinin mülki şəxslərə qarşı törətdiyi “geniş yayılmış və sistematik məcburi itkinliklər”in insanlığa qarşı cinayət olduğu qeyd edilib.
Xəbərdə Rusiya hakimiyyətinin Ukraynanın bütün əyalətlərində çoxlu sayda mülki vətəndaşı saxladığı, bölgələrə nəzarəti ələ keçirdiyi və qurbanlar arasında hərbi hədəflər üçün təhlükə olaraq görülən insanların, eləcə də dövlət qulluqçularının və jurnalistlərin olduğu bildirilib.
Hesabatda saxlanılan ukraynalıların işgəncələrə və cinsi zorakılığa məruz qaldığı bildirilir və aşağıdakı ifadələrə yer verilir:
"Bir çoxları aylar və ya illərdir itkin düşüb. Bəziləri öldü. Çoxlarının taleyi və harada olduğu məlum deyil və onların ailələri dəhşətli qeyri-müəyyənlik içərisindədir. Biz aşkar etdik ki, silahlı qarşıdurmada hər iki tərəf artıq özlərini müdafiə edə bilməyən yaralı əsgərləri öldürmək və ya yaralamaq üçün pilotsuz təyyarələrdən istifadə edib. Bu, müharibə cinayətidir. Hesabatda həmçinin Rusiya hakimiyyət orqanlarının insan haqlarını pozan və ya Ukrayna ilə əməkdaşlıq etdiyi bir sıra cinayətlər də təsvir olunur".
Aytən Yaşar/ Turkustan.az