Rusiya ilə Ukrayna arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi baş tutub.
Turkustan.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya ilə Ukrayna arasında 175/175-ə nisbətində hərbi əsirlərin mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı onu Ukrayna ilə əsir mübadiləsinin həyata keçiriləcəyi ilə bağlı məlumatlandırmışdı.
Bundan əlavə, Rusiya tərəfinin həm də xoşməramlılıq əlaməti olaraq təcili tibbi yardıma ehtiyacı olan 22 ağır yaralı ukraynalı hərbi əsirini Kiyevə təhvil verdiyi də bildirilib.
Rusiya MN Birləşmiş Ərəb Əmirliklərinin hərbçilərinin əsirlikdən qaytarılması zamanı vasitəçilik səylərini təmin etdiyini və əsirlikdən azad edilmiş Rusiya hərbçilərinin Belarusda olduğunu, müalicə və reabilitasiya üçün Rusiya Federasiyasına göndəriləcəklərini açıqlayıb.