Avropa Komissiyasının bu gün təqdim etdiyi Aİ müdafiəsinin gələcəyinə dair “Ağ Kitab” Ukraynaya həsr olunmuş ayrıca fəsildən ibarətdir və Avropaya yardımın əhəmiyyətli dərəcədə artırılmasını, o cümlədən hərbi texnika və ildə ən azı 2 milyon ədəd sursat tədarükü nəzərdə tutur.
Turkustan.az xəbər verir ki, bunu bu gün Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas yuxarıda adı çəkilən “Ağ Kitab”ın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.
“Ağ kitabda biz Ukraynaya dəstək təşəbbüsündə yer alan təklifləri nəzərə aldıq. Bura Ukraynaya daha çox yardım, o cümlədən daha çox döyüş sursatı - ildə ən azı 2 milyon sursat, eləcə də hava hücumundan müdafiə vasitələri, pilotsuz uçuş aparatları, Ukrayna briqadalarının təlimi və təchizatı, həmçinin Ukraynanın müdafiə sənayesinə birbaşa dəstək və kosmik xidmətlərə çıxışın genişləndirilməsi daxildir"- deyə, Kallas vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az