Livanın rəsmi agentliyi NNA Suriya və Livan sərhədində yeni hadisələrlə bağlı məlumat yayıb.
Turkustan.az xəbər verir ki, xəbərdə Suriya sərhədində yerləşən Havş əl-Seyyid Əli və Məşrəfa qəsəbələrində yeni qarşıdurmaların başladığı və sözügedən toqquşmaların “Livan tayfaları ilə suriyalı qruplar arasında” yaşandığı bildirilib.
Suriya rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Yerli Livan mediası Suriya ilə sərhəddə baş verən qarşıdurmalarda ölən iki livanlının cənazəsinin bu gün qəbul edildiyini vurğulanıb.
Bildirək ki, Suriyanın rəsmi xəbər agentliyi SANA martın 16-da Müdafiə Nazirliyinin Media Ofisinə istinadən xəbər verib ki, Hizbullah üzvləri Livanda üç Suriya ordusu əsgərini pusquya salıb və onları qaçırıblar.
Aytən Yaşar/ Turkustan.az