Zelenski: Rusiya yeni hücumlara hazırlaşır


Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşündən sonra açıqlama verib.

Turkustan.az xəbər verir ki, Zelenski Ukraynasız Ukraynadan danışmağın heç bir nəticə verməyəcəyini və Rusiyanın müəyyən bölgələrə yeni hücumlar etmək istədiyini bildirib.

Vladimir Putinin Ukraynaya silah və kəşfiyyat dəstəyini kəsmək tələbinə toxunan Zelenski bu tələbin Kiyevi zəiflətmək məqsədi daşıdığını qeyd edib və müttəfiqlərinin Ukraynaya dəstəyi kəsməyəcəyinə inandığını vurğulayıb.

O, həmçinin Rusiya qüvvələrinin Sumi ətrafında gücləndirildiyini bildirərkən, Rusiyanın yaxın aylarda Sumı, Zaporojya və Xarkova hücum edə biləcəyini iddia edib.

Digər tərəfdən, Zelenski Tramp və Putinin enerji xətləri ilə bağlı razılaşdığı atəşkəsin Ukrayna tərəfindən də dəstəklənəcəyini açıqlayıb.

Ukrayna lideri ABŞ prezidenti Donald Trampla görüşün təfərrüatları barədə danışmaq istədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ