Birləşmiş Ştatlar Çin və Rusiya ilə münasibətləri yaxşılaşdırmağa ümid edir, lakin Pekin və Moskvanın daha da yaxın olmasını istəməz.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib .
"Biz hər iki ölkə ilə münasibətləri yaxşılaşdırmağa çalışırıq, lakin Çin və Rusiyanın yaxınlaşmasını istəmirik"-deyə, Tramp bildirib.
Onun fikrincə, həm Çin sədri Si Cinpin, həm də Rusiya indiki administrasiya dövründə ABŞ-la münasibətləri yaxşılaşdırmaq istəyir, çünki ABŞ çox dəyişib.
“Biz bir neçə ay əvvəl olduğundan tamamilə fərqli bir ölkəyə çevrilmişik. İndi biz hörmətli ölkəyik. “Əvvəllər bizə hörmət etmirdilər, bizə gülürdülər, çünki səriştəsiz rəhbərliyimiz var idi”, – deyə, Tramp sələfi prezident Co Baydenin administrasiyasına istinad edərək əlavə edib.
Trampın fikrincə, ABŞ prezidenti Barak Obamanın Pekin və Moskvanı bir-birinə sıxışdıran, xüsusilə enerji sahəsində “pis” siyasəti olmasaydı, Çin və Rusiya arasında yaxınlaşma heç vaxt baş verməzdi.
Tramp bildirib ki, Pekin və Moskva indi dostdur, lakin ABŞ hər ikisi ilə dost olacaq.
Aytən Yaşar/ Turkustan.az