Bazarların sağlam işləməsi üçün lazım olan hər şey edilir.
Turkustan.az xəbər verir ki, bunu Türkiyə maliyyə naziri Mehmet Şimşək özünün sosial şəbəkə hesabında yazıb.
“Həyata keçirdiyimiz iqtisadi proqram qətiyyətlə davam edir”, - nazir bildirib.
Qeyd edək ki, bu gün İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun və digər şəxslərin saxlanılması fonunda İstanbul birjasında geriləmə başlayıb, dollar isə kəskin bahalaşsa da, hazırda qismən geriləyərək, 39 lirəyə düşüb.
Xatırladaq ki, ötən gün dollar 36,6 lirə civarında idi. /axar.az/