Reuters: ABŞ Rusiyaya qarşı əks-kəşfiyyat əməliyyatlarını dayandırdı


ABŞ kəşfiyyat orqanları Tramp administrasiyasının Ukraynadakı münaqişənin həlli istiqamətində səyləri çərçivəsində Rusiyaya qarşı əlaqələndirilmiş əks-kəşfiyyat əməliyyatlarını dayandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə Reuters ABŞ-ın keçmiş təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb .
Agentlik aydınlaşdırır ki, Qərbin Rusiyaya aid etdiyi hibrid əməliyyatları, o cümlədən təxribat, dezinformasiya və kiberhücumları izləmək üçün işçi qrupların yaradılması təşəbbüsü ABŞ-ın keçmiş prezidenti Co Baydenin göstərişi ilə hazırlanıb.

Bu, ABŞ və Avropaya qarşı yönəldiyi iddia edilən planları pozmaq üçün Vaşinqtonun avropalı tərəfdaşları ilə koordinasiyada hərəkət edən ən azı yeddi agentliyi cəlb etdi.

Ancaq Trampın andiçməsindən sonra bu cəbhədə işlərin çoxu dayandırıldı, Avropa tərəfi ilə görüşlər arabir xarakter aldı və Ağ Evin Milli Təhlükəsizlik Şurası artıq Federal Təhqiqatlar Bürosu, Daxili Təhlükəsizlik Departamenti və Dövlət Departamenti də daxil olmaqla, digər qurumlarla koordinasiya etmədi. Agentliyin mənbələrinin məlumatına görə, Ağ Ev idarələrarası işçi qruplarının fəaliyyətinin bərpa edilib-edilməyəcəyini dəqiqləşdirməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ