Ağ Evin qarşısında etiraz aksiyaları başladı: Cinayətkar Netanyahu axtarılır!


ABŞ-da fələstinli tərəfdarlar İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün Ağ Evin qarşısına toplaşıblar.

Turkustan.az xəbər verir ki, Fələstin bayraqları daşıyan çoxlu sayda etirazçı Ağ Evin qarşısına toplaşıb.

Nümayişçilər İsrailin Qəzzaya hücumlarına etiraz edərək, ABŞ prezidenti Donald Tramp administrasiyasını İsrailə silah dəstəyini dayandırmağa çağırıb.
Etirazçılar "Silah embarqosu indi!" və "Bu işğala dərhal son!" şüarlar səsləndirib.

Bəzi Fələstin tərəfdarı nümayişçilər əllərində “ABŞ-ın İsrailə bütün yardımlarına son verin”, “Fələstini azad edin”, “(Fələstinli fəal) Mahmud Xəlili azad edin” və “ABŞ bombaları Qəzzada həkimlərə anesteziyasız amputasiya etməyə imkan verir” sözləri yazılmış lövhələr tutublar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ