Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlunun həbsinə münasibət bildirib.
Turkustan.az-ın məlumatına görə, o deyib ki, heç kim toxunulmaz və əlçatmaz deyil.
"Əkrəm İmamoğlu ilə bağlı verilən məhkəmə qərarına səbr və sağlam düşüncə ilə yanaşmaq, qanunun verdiyi hər qərara hörmətlə yanaşmaq, ortaq məsuliyyət olmalıdır. Qanuni bir tədbiri çevriliş adlandıraraq qaralamaq, hüquq axtarışına çıxmaq üçün küçələrə çıxmağa hazırlaşmaq dəli olmuş, ağıl və əxlaq səviyyəsini itirmiş siyasi fəsaddır.
Mən Türkiyə məhkəmə sisteminə tam güvənirəm. Təqsirsizlik məhkəmə tərəfindən sübuta yetirilənə qədər vacibdir", - Baxçalı qeyd edib./modern.az