Türkiyənin Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş son açıqlaması ilə diqqət çəkib.
Turkustan.az xəbər verir ki, o, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra “Sözcü” telekanalına telefon vasitəsilə qoşulub.
O, İmamoğlunun bu şəkildə saxlanılmasının doğru olmadığını söyləyib.
Ardınca aparıcı Özlem Gürses siyasətçiyə “Sıra sizə də gələcək?” sualını ünvanlayıb. Mansur Yavaş isə bunu istisna etməyib:
“Ölkəmizdə hər şey ola bilər, mümkündür. Ankara Baş Prokurorluğunda çox sayda şikayət ərizəsi yazılıb. Yəni mənə yönəlik cəhdləri də olub. Hüquqsuzca olunan hər şeyə dirənəcəyik, boyun əyməyəcəyik”. /Cebheinfo.az/