İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun diplomunu ləğv edilib.
Turkustan.az xəbər verir ki, İstanbul Universiteti İmamoğlunun diplomunu “yoxluq” və “açıq xəta” səbəbi ilə ləğv edib.
Onun vaxtilə Kıbrısdakı Girne Amerikan Universitetindən İstanbul Universitetinə keçidinin qanunsuz olduğu qeyd edilir.
Martın 23-də - bazar günü CHP-nin prezidentliyə namizədinin müəyyən edilməsi üçün ilkin seçki keçiriləcək. Konstitusiyaya əsasən yalnız ali təhsilli şəxs prezidentliyə namizəd ola bilər.