Pentaqondan husilərə: Öldürücü güc tətbiq edəcəyik!


Pentaqonun sözçüsü Sean Parnell ABŞ prezidenti Donald Trampın ilk gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, ABŞ-ın husilərə qarşı son hücumlarına diqqət çəkən Parnell: "Prezident (Donald) Tramp və Dövlət Katibi Pete Hegesth və ABŞ rəhbərliyi güc yolu ilə sülh dövrünün geri qayıtdığını bəyan etdilər. Məqsədimizə çatana qədər, hədsiz dərəcədə öldürücü güc tətbiq edəcəyik"- dedi.

Hücumların ilk dalğasında bir neçə yerdə 30-dan çox hədəfin vurulduğunu qeyd edən Parnell, bu hücumların “Yaxın Şərqdə rejim dəyişikliyi ilə bağlı deyil, Amerikanın maraqlarını qorumaq üçün” olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ