Ağ Ev ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının GMT ilə saat 17:00-dan bəri davam etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov görüşün saat 16:00-da başlayacağını açıqlayıb. İclasın 1 saat gec başladığı üzə çıxsa da, görüşün 1 saat davam etdiyi və yaxşı keçdiyi bildirilib.
Vladimir Putin iclasda görüşə gecikməsi ilə bağlı verilən yumoristik şərhə, “Peskova qulaq asmayın” deyərək cavab verib.
Görüşün əsas gündəmi Ukraynada əldə olunması planlaşdırılan atəşkəs razılaşması ilə yanaşı, iki ölkə arasında münasibətlərin də müzakirə olunması planlaşdırılır.
Aytən Yaşar/ Turkustan.az