“Tramp özünü mafiya başçısı kimi aparır”- “O, ətrafındakı insanları təhqir etmək istəyir”


Donald Tramp özünü Prezident kimi yox, mafiya başçısı kimi aparır.

Turkustan.az xəbər verir ki, bunu “Sky News”-un tanınmış təhlükəsizlik və müdafiə üzrə analitiki Maykl Klark deyib.

Onun fikrincə, hər kəs ABŞ Prezidenti kimi Donald Trampa hörmət etməlidir, “lakin o, sanki mafiya başçısı kimi davranır, xüsusilə də bu, onun ünsiyyət tərzinə aiddir”.

“O istəyir ki, ondan qorxsunlar. Hakimiyyətini göstərmək üçün ətrafındakı insanları təhqir etmək istəyir”, - Klark vurğulayıb.

Ekspertin fikrincə, Tramp hakimiyyəti “şəxsi əşya” kimi qəbul edir və ona institusional baxmır: "Hakimiyyət Trampın özüdür, prezidentlik postu deyil".

Nəhayət, Klarkın fikrincə, ABŞ lideri gözlənilməz olmağı xoşlayır və insanları qorxutmağa çalışır: “Ona görə də o, ilk baxışdan göründüyündən daha ağıllı ola bilər”. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ