ABŞ Qırmızı dənizdə İranın ən yeni kəşfiyyat gəmisi olan "Zaqros"u batırıb.
Turkustan.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al-Hadat" telekanalı yazıb.
İran hələlik bu məlumatı təsdiqləməyib.
Məlumata görə, "Zaqros" gəmisi cəmi iki ay əvvəl döyüş növbətçiliyinə başlayıb.
Xatırladaq ki, martın 17-də ABŞ Prezidenti Donald Tramp İranın husilərin əməllərinə görə cavab verəcəyini demişdi.
"Husilərin atdığı hər bir atəş indi İran silahından atılan güllə kimi qiymətləndiriləcək. İran üçün nəticələri ağır olacaq", - deyə o qeyd edib./bizim.media