Meksika prezidenti Klaudiya Şeynbaum mobil telefonlarından birinin və e-poçt ünvanının sındırıldığını təsdiqləyib.
Turkustan.az xəbər verir ki, Şeynbaum paytaxt Mexikoda keçirdiyi mətbuat konfransında New York Times (NYT) qəzetində telefonunun sındırıldığı iddiası ilə bağlı açıqlamalar verib.
Bunu təsdiqləyən Şeynbaum: "Apple" dərhal Meksika Rəqəmsal Çevrilmə Agentliyinə zəng etdi və lazımi tədbirləri gördü"-deyə, bidlirib.
Meksika polisi sözügedən kiberhücumu həyata keçirən şəxsləri axtarır. Oğurlanmış elektron poçt ünvanında prezidentin diplomatik yazışmaları da olub.
Aytən Yaşar/ Turkustan.az