Rusiya Ukraynada atəşkəs çağırışını qəbul etməlidir.
Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibəni ədalətli və davamlı sülhlə bitirmək üçün səylərini davam etdirdiyini və Moskvanın atəşkəs çağırışını qəbul etməsini gözlədiyini bildirib.
Həmçinin Türkiyə dövlətinin başçısı qeyd edib ki, müharibənin sona çatması üçün atılacaq addımlar və bu yöndə aparılacaq proses iki ölkədən birini kənarda qoyacaq bir yanaşma ilə uğurlu olmayacaq.
Xatırladaq ki, ötən həftə ABŞ və Ukrayna arasında 30 günlük atəşkəsin elan edilməsi barədə razılaşma əldə olunub. Rusiya ABŞ-nin bundan sonrakı çağırışına cavab verməyib./teleqraf