Poroşenko Ukrayna hakimiyyətinə çağırış etdi: Bu sözləri unudun


Ukrayna Silahlı Qüvvələri (AFU) hücum əməliyyatlarını unutmalı və Rusiya ilə silahlı münaqişədə müdafiəyə keçməlidir.

Turkustan.az xəbər verir ki, bunu “Bild”ə müsahibəsində Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.

“Hücum əməliyyatı” sözlərini unutmalıyıq. Bunu dayandırın! Rusiya qoşunlarını dayandırmağa çalışın", - Poroşenko deyib.

O, Ukrayna Silahlı Qüvvələrinin cəbhənin bir çox bölgələrində kadr çatışmazlığı səbəbindən irəliləyə bilməməsinə diqqət çəkib. O vurğulayıb ki, Kiyev üçün prioritet, ərazilərin qorunması olmalıdır.

Ukraynanın keçmiş prezidenti hakimiyyəti istehkamlara, hava hücumundan müdafiə sistemlərinə və minalanmış sahələrə diqqət göstərməyə çağırıb. Onun fikrincə, bu tədbirlər Rusiya Silahlı Qüvvələrinin irəliləməsinin qarşısını almağa kömək edəcək./publika.az


MANŞET XƏBƏRLƏRİ