Kosmosda 9 ay qapalı qalan astronavtlar yerə qayıdır


Təxminən doqquz aya yaxın Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı qalan iki astronavt SpaceX-in Dragon kapsulu ilə Yerə qayıtmaq üçün stansiyanı tərk edib.

Turkustan.az xəbər verir ki, ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) aylarla kosmosda qapalı qalan Butch Wilmore və Suni Williamsın ISS-dən Dragon kapsulu ilə ayrılmasını canlı yayımlayıb.

Uilmor və Uilyamsı NASA astronavtı Nik Heyq və rus kosmonavtı Aleksandr Qorbunov müşayiət edir və bu səfərin təxminən 17 saat çəkəcəyi təxmin edilir.

Doqquz ay kosmosda qaldıqdan sonra iki astronavtı evə gətirəcək kapsulun hava şəraiti əlverişli olduğu üçün axşam saatlarında Florida sahillərinə enməsi gözlənilir.

Williams və Wilmore 5 iyun 2024-cü ildə Boeing-in yeni Starliner kapsulunda bir həftəlik sınaq uçuşu üçün ISS-ə göndərildi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ