Amerikalı iş adamı və kosmos araşdırmaları sahəsindəki öncüllərdən biri olan İlon Mask Marsın koloniyalaşdırılması mövzusunda ümidverici açıqlama verib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, yaxın 5-7 il ərzində insanlar Marsda ilk koloniyalarını qurmağa başlayacaqlar.
Mask bu prosesin ən böyük məsələsinin texnoloji inkişafın indiki səviyyədə Marsda insan sivilizasiyasının uzun müddət davamlı şəkildə varlığını qorumaq üçün kifayət edib-etməməsi olduğunu bildirib. O, Marsın insan məskəni kimi davamlı mövcudluğunun qeyri-mümkün olduğunu qeyd edib.
Bundan başqa, martın 15-də Mask Starship kosmik gəmisi ilə insanabənzər robot Optimusun Marsa göndəriləcəyini açıqlayıb. Bu, Marsda insan həyatının ilkin addımlarını atmaq istiqamətində atılan mühüm bir addım kimi qiymətləndirilir. /Musavat.com/